Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi dekabrın 25-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil etmişdir.

4 fevral 2018

Paylaş:

 Mərkəzdə baş tutan tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar və onların ailələri də daxil olmaqla 60 nəfər iştirak etmişdir. Mərkəzin direktoru çıxış edərək, tədbir iştirakçılarını həmrəylik günü və qarşıdan gələn yenil il münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

 Tədbirdə uşaqların ifasında mahnılar oxunmuş, şeirlər deyilmiş, hazırladıqları rəqs və səhnəciklər  nümayiş etdirilmişdir.

Tədbirin sonunda uşaqlara hədiyyələr verilmişdir.