Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Məişət zorakılığına yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir

18 dekabr 2017

Paylaş:

5 dekabr 2017-ci il tarixində Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Məişət zorakılığına yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib. Mərkəzdə baş tutan tədbirə kənd bələdiyyə sədrləri, icra nümayəndəliklərinin sədrləri, gənc ailələr, kənd ağsaqqalı və münaqişəli ailələr dəvət edilib.

Tədbir iştirakçıları məişət zorakılığının növləri, bu sahədə dövlət tərəfindən qəbul edilmiş qanunvericilik və Mərkəzin bu istiqamətdəki fəaliyyəti barədə çıxışlar ediblər. Tədbiri yekun çıxışı ilə kənd ağsaqqalı davam etdirərək, gənclərə ailədə qarşılıqlı hörmətin, anlayışın vacib olduğunu qeyd etmiş, onlara mehriban yaşamağı tövsiyə etmişdir.

 Sonda tədbir iştitakçılarına maarifləndirici materiallar təqdim edilib