“Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri

1 dekabr 2017

Paylaş:

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayılı Rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi və Dini İşlər üzrə Respublika Komitəsi Şamaxı bölməsinin İsmayıllı nümayəndəliyi ilə birgə dekabrın 1-də şəhər 7 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə qeyd edilib ki, sağlam həyat tərzi sağlam can, sağlam can isə sağlam ruh, mükəmməl insan, kamil vətəndaş deməkdir. Məktəblilərə düzgün qidalanma barədə danışıldı, siqaretin, narkotik maddələrin insan orqanizminə vurduğu ziyan nümunələrlə izah olundu. Tədbirdə yuxarı sinif şagirdləri iştirak etdiyindən erkən nikahın fəsadları barədə də danışıldı. Diskussiya şəklində davam tədbirdə hüquq və vəzifələrimiz, dini ekstremizm barədə söhbət aparıldı və uşaqları maraqlandıran suallar cavablandırıldı.