“İnsan alverinin qurbanına çevrilməyin!” adlı maarifləndirmə tədbiri

28 noyabr 2017

Paylaş:

Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi noyabrın 28-də Goranboy şəhər 1 saylı Borsunlu kənd tam orta məktəbində "İnsan alverinin qurbanına çevrilməyin!" adlı maarifləndirmə tədbiri keçirmişdir.

Məktəbin şagird, müəllim və valideyn heyətinin iştirakı ilə keçirilən tədbir mövzuya həsr olunmuş qısametrajlı filmin və video-çaxrın nümayişi ilə başlamışdır. Tədbirdə çıxış edənlər insan alverinin  müasir dövrün ən aktual problemlərindən biri olduğunu və buna da əsasən qadınların məruz qaldığını qeyd etmişdir. Bunun əsas səbəbi isə qızların təhsildən yayınması, öz hüquqlarını bilməməsi və özgüvəninin aşağı olmasıdır. Tədbirin sonunda iştirakçılara maarifləndirmə bukletləri təqdim olunmuşdur.