“Ümumdünya Diabet Gününə” həsr olunmuş tədbir keçirilib

14 noyabr 2017

Paylaş:

14 noyabr  bütün ölkələrdə “Dünya Diabet Günü” qeyd edilir. Dünya Diabet Günü 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası  və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən diabetin insan sağlamlığına törətdiyi ciddi təhlükə ətrafında artan narahatçılığa cavab olaraq yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assamleyasının 23.12.2006-ci il tarixli 61/225 Qətnaməsi ilə bu Gün BMT Günü kimi elan edilmişir. Məqsəd Dünya ölkələri rəhbərliyinin, səhiyyə sisteminin, özəl və Qeyri-Hökumət Təşkilatlarının, dünya ictimaiyyətin, kütləvi informasiya vasitələrinin əsirlərin pandemiyası sayılan şəkərli diabet xəstəliyinin müalicəsinə, bu xəstəliyi daşıyan insanların həyat keyfiyyətinin yaxşılaşmasına hər cür vasitələrlə köməklik göstərilməsinə çağırışdır.

14 noyabr 2017-ci il saat 13.30 da Park İnn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Gününə” həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Millət vəkili , Tibb Universitetinin prorektoru və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edib.