“Bəşərin bəlası – Ag ölüm” adlı tədbir keçirilib

17 oktyabr 2017

Paylaş:

Oktyabr 17-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi Hacıqabul rayonu, Qubalıbaloglan  kənd orta məktəbində “Bəşərin bəlası – Ag ölüm” adlı tədbir keçirmişdir. Tədbirdə Qubalıbaloglan kənd məktəbinin direktoru, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Rayon Polis şöbəsinin rəis müavini, rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına catmayanlarla iş üzrə komissiyanın məsləhətçisi, Rayon Polis şöbəsinin Azyaşlılar üzrə komissiyanın sədri, İdman və Turizm İdarəsinin rəisi və məktəbin  şagird və müəllim kollektivi iştirak edirdi. Tədbirdə çıxış edənlər aidiyyatı üzrə narkomaniya ilə mübarizə sahəsində qanunvericilik və cəza tədbirləri, narkotik vasitələrin insan orqanizminə, psixologiyasına və ümumilikdə cəmiyyətə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, uşaqlara asudə vaxtın səmərəli təşkili barədə tövsiyyələr verilmişdir.

Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılmış, onlara  narkomaniyaya qarşı mübarizəyə dair broşuralar paylanılmışdır.