“Narkotiklərin insan orqanizminə zərərləri” adlı maarifləndirmə tədbiri keçirildi

26 sentyabr 2017

Paylaş:

Sentyabrın 26-da Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən rayonda yerləşən Xocalı qaçqın məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkotiklərin insan orqanizminə zərərləri” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı qısametrajlı film nümayiş olunmuş, narkotik və psixotrip maddələrin insan orqanizminə öldürücü təsiri barədə məlumat verilmişdir.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı maarifləndirmə materialları paylanmışdır.