Uşaqların təhsildən yayınmasının qarşısının alınması məqsədi ilə maarifləndirici görüş keçirilib

26 sentyabr 2017

Paylaş:

Sentyabrın 26-da Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  rayonun 14 və 118 saylı köçkün tam orta məktəblərində məktəbli qızlarla “İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı“nın 13.5.6 bəndinə əsasən uşaqların, xüsusilə, qızların təhsildən yayınmasının qarşısının alınması məqsədi ilə maarifləndirici görüş keçirilib və qızların mütləq təhsil almaları və təhsildən kənarda qalmalarının qarşısının alınması haqqında söhbət aparılıb.

Məqsədimiz uşaqları, xüsusilə, qızları təhsilə cəlb etmək, onların təhsildə uğur qazanması, gələcəkdə ali təhsil alaraq savadlı mütəxəssis, təhsilli qadın-ana olmaları ilə cəmiyyətdəki rolları haqqında onlarla söhbət aparmaq idi.