“Narkomaniya və onun fəsadları” adlı maarifləndirici tədbir keçirildi

11 oktyabr 2017

Paylaş:

Oktyabrın 11-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Eynulla Nadirov adına 8 saylı şəhər orta məktəbdə “Narkomaniya və onun fəsadları” adlı maarifləndirici tədbir keçirilmişdir.

Öncə tədbir iştirakçılarına mözvu haqqında məlumat verilmiş, sonra isə narkotiklərin törətdiyi fəsadları əks etdirən video çarxlar təqdim olunmuşdur. Məktəblilərə narkotik maddələrin onu istifadə edən insanların fiziki və psixi sağlamlığına zərərləri ilə yanaşı, həmin maddələrdən istifadə edən insanların öz yaxın çevrəsində olan insanların həyatında səbəb olduğu mənfi dəyişikliklər barədə danışılmışdır.