“Narkomaniya-bəşəriyyətin bəlası” mövzusunda maarifləndirici tədbir keçirildi

4 oktyabr 2017

Paylaş:

Oktyabrın 4-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi  “Narkomaniya-bəşəriyyətin bəlası” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərindən ibarət olan yeniyetmə oğlan və qızlar iştirak etmişdir. İştirakçılara mövzu haqqında məlumat verilmiş, film nümayiş etdirilmişdir. Qeyd edilmişdir ki, narkotik vasitələrin alış-verişi ilə məşğul olan insanlar inandırmaq daha asan olduğuna görə öz qurbanlarını məhz məktəb yaşlı uşaqları seçirlər.  

Məhz belə halların qarşısının alınması üçün narkomaniya ilə mübarizədə ailələrlə yanaşı təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşdüyü qeyd edilərək, yeniyetmə və gənclər arasında davamlı maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanmışdır.

Tədbirdə uşaqlara narkomaniyanın necə dəhşətli bir bəla olduğunu, ona düçar olan insanların hansı sağalmaz xəstəliklərə  tutulduğunu, minlərlə gəncin həyatını necə məhv etdiyi barədə  geniş məlumat verilmişdir.