“Qoy həmişə sülh olsun!” adlı tədbirlər keçirildi

8 sentyabr 2017

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Sülh aylığı çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı tədbirlər keçirmişdir.

Tədbir 07 sentyabr tarixində  Sabirabad UADM-in həyətində ətraf binalarda yaşayan uşaqların iştirakı ilə, 08 sentyabr tarixində isə 1 saylı uşaq bağçasının məktəbəqədər qrup uşaqları ilə keçirilmişdir.

Tədbirdə əvvəlcə uşaqlara sülh günü haqqında məlumat verilmiş, sonra isə uşaqlar sülhə dair fikirlərini təsvir etmişlər.