“Məişət zorakılığı” mövzusunda tədbir keçirilib

6 sentyabr 2017

Paylaş:

06 sentyabr 2017-ci il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Məişət zorakılığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə zorakılıq və onun növləri haqqında ətraflı məlumat verilib. Mərkəzin qeydiyyatında olan məişət zorakılığına məruz qalmış qadınların acınacaqlı həyat hekayələri dinlənilib və eyni zamanda maarifləndirici məlumatlar verilib.