“Ailədaxili münasibətlər” mövzusunda maarifləndirici tədbir keçirildi

22 avqust 2017

Paylaş:

Avqustun 22-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi gənc ailələrin iştirakı ilə "Ailədaxili münasibətlər" mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə çıxış edən Mərkəzin direktoru və sosial işçisi ailədaxili münasibətlərdə tərəflərin hüquq və vəzifələri barədə danışıb və iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.