Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “İntihar hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib

14 avqust 2017

Paylaş:

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “İntihar hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib.  11 avqust tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reablitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram”ın 4.1.3 bəndinin icrası məqsədilə İnsan alverinin qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim keçirilib. Təlimin birinci hissəsində iştirakçılara insan hüquqları mövzusunda, ikinci hissədə isə intihar halları, intiharın yaranma səbəbləri, intihara meyilli insanlar qrupu, intiharın növləri haqqında məlumat verilib. Təlimdə həmçinin statistik göstəriciləri əsas gətirərək, son illərdə artan intihar hallarının səbəblərinin araşdırılmasının vacibliyi qeyd edilmiş, intiharı
yaradan səbəblər, insan hüquqları, həmçinin, intihar hallarının qarşısının alınması mövzusunda maarifləndirici təlim və tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulanıb.

Təlimin sonunda iştirakçılar arasında Suisidal risk sorğusu keçirilib. Sorğunun məqsədi şəxslər arasında suisidal niyyətin formalaşmasının səviyyəsinin vaxtında üzə çıxarılması təcrübəsinin öyrənilməsi olub.