Uşaqların əl İşlərindən və rəsm əsərlərindən ibarət sərgi açılmışdır

3 iyun 2013

Paylaş:

1 iyun 2013-cü il tarixdə  Qəbələ Uşaq və Ailələrə Dəstək  Mərkəzi    Qəbələ  Dövlət Rəsm Qalereyasında  məktəblilərin və  xüsusi qayğıya ehtiyacı olan uşaqların  rəsm əsərlərindən və əl işlərindən ibarət   sərgi keçirmişdir. Sərgidə rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev,  icra aparatının  işçiləri, hüquq  mühafizə orqanlarının,  təhsil,  mədəniyyət  şöbələrinin rəhbərləri və  rayonun  digər idarə və təşkilat nümayəndələrindən ibarət 85 nəfər   iştirak etmişdir. Sərgidə  məktəblilərdən Qadir  Möylamovun, Mahmud İbrahimlinin, Qorxmaz Mustafayevin    və xüsusi qayğılı uşaqlardan   Səkinə İbrahimlinin,   Samir Əmirşahlının   rəsm əsərləri,  Aytən  Allahverdiyevanın  Vüsalə Veysəlovanın, Ceyran Süleymanovanın əl işləri   nümayiş etdirilmişdir.
 
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru R.Mahmudova  1 iyun – Uşaqların Beynəlxalq  Müdafiəsi gününün tarixi və keçirilməsi  barədə  danışdı bu    münasibətilə sərgi  iştirakçılarını təbrik etdi və sərgidə əsərləri nümayiş etdirilən  uşaqlar  barədə  iştirakçılara  məlumat verdi. Sərgidə əsərləri nümayuiş etdirilən gənc rəssamlara tədbirin sonunda Uşaq və Ailələrə Dəstək Mərkəzi  tərəfindən  hədiyyələr təqdim olunmuş, Dövlət İdarələri və İctimai Xidmət isçiləri Həmkarlar İttifaqı Qəbələ rayon Komitəsi tərəfindən gənc rəssamlara  maddi yardım  edilmişdir. Sərginin sonunda  satış sərgi keçirilmişdir. Sərgi  5 gün davam edəcək.