Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaqlarda xəstəliklərin aşkar olunması və erkən müdaxilə” mövzusunda tədbir keçirib

29 iyul 2015

Paylaş:

29 iyul 2015-ci  il  tarixində Qəbələ  Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzi “Uşaqlarda xəstəliklərin aşkar edilməsi və erkən  müdaxilə”    mövzusunda dəyirmi masa təşkil edib.  Tədbirin  keçirilməsində    məqsəd   uşaqlarda  son  vaxtlar  rast  gəlinən  müxtəlif  xəstəliklərin  vaxtında  aşkar  olunması işinə uşaq bağçalarının tərbiyəçilərinin, məktəb müəllimlərinin,  psixoloqların   diqqətinin   artırılması  və valideynlərin  məlumatlandırılmasına  yardımçı  olmaqdır.

Tədbirdə çıxış edən edən həkim pediatr uşaq  xəstəliklərinin baş  vermə  səbəblərindən,  sindromlarından,  qohum  nikahlarından,   qan xəstəliklərindən və bu xəstəliklərin qarşısının  alınmasından  danışıb,  yerlərdə  əhalinin  maarifləndirilməsində tədbir iştirakçılarının rolunu  qeyd  edib.