Zaqatala rayon UADM – in “Erkən nigahlarla” bağlı gördüyü işlər barədə məlumat

25 aprel 2014

Paylaş:

01-25 aprel tarixlərində Zaqatala rayonunun kəndlərində «Erkən nigahlara yox deyək!» mövzusunda rayonun ümumtəhsil məktəblərində bir sıra maarifləndirici tədbirlər keçirilmişdir. Bu tədbirlər rayonun Gözbarax, Mamrix, Muxax  kənd 1 saylı orta mektebi, Zəyəm Suvagil, Kəpənəkçi, Kebeloba, Car, Muğanlı, Makov, Qazangül Qandax kəndlərində keçirilmişdir. Tədbirlərdə yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, məktəb direktorları, icra nümayəndələri, agbircəklər iştirak edirdilər. Eyni zamanda rayonda da gənclər arasında da tez-tez maarifləndirici tədbirlər keçirilir. Erkən nikahların yaratdığı fəsadlardan biri də gənc qızların təhsildən yayınması, savadsız nəslin yetişməsi təhlükəsinin artma ehtimalıdır. Bu kimi hallar baş verməsin deyə maarifləndirici tədbirlər gücləndirilməlidir.

Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi əməkdaşları rayonun  kənd ərazi nümayəndəlikləri ilə birgə kəndlərdə yaşayan ailələrə övladlarının erkən nikaha daxil olmağa məcbur etməyə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirlərini valideynlərin nəzərinə çatdırmışlar.