03.02.2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qan qohumları arasında nikah və onun fəsadları” adlı tədbir keçirilmişdir

3 fevral 2014

Paylaş:

Rayon  kitabxanasının işçiləri, Qızıl Aypara Cəmiyyətinin  Zərdab şöbəsinin və Həmkarlar təşkilatının nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edildi ki, qan qohumları arasında bağlanan nikah uşaqlarda xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan biri hesab olunur. Ona görə də belə nikahlara yol verməmək məsləhət görülür. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, həmçinin dünyaya gətirəcəkləri övladları haqqında da fikirləşməlidirlər.