Zərdabda “Reproduktiv sağlamlıq” adlı dəyirmi masa təşkil olunub

29 oktyabr 2015

Paylaş:

Oktyabrın 29-da Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Reproduktiv sağlamlıq” adlı dəyirmi masa keçirilib.

Tədbir Rayon Poliklinikasının şöbə müdiri, rayon 3 nömrəli məktəbin müəllimi, Heydər Əliyev Mərkəzinin və Rayon kitabxanasının əməkdaşlarının iştirak ilə baş tutub.

Masada reproduktiv sağlamlıq, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin vacibliyi, ailə planlaşdırılması, sağlam həyat tərzi və s. mövzularda çıxışlar edilib və müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı bukletlər  paylanılıb