Məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirmə tədbiri keçirilib

27 iyul 2017

Paylaş:

25 iyul 2017-ci il tarixində “Ümidli gələcək” Gənclər İctimai Birliyi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Məişət zorakılığına qarşı mübarizə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial – psixoloji və hüquqi xidmətlərin göstərilməsi məqsədilə maarifləndirmə tədbiri keçirib.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin, “Ümidli Gələcək” İB, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib. Tədbirdə çıxış edənlər ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verib.

Tədbir iştirakçılarla qarşılıqlı dialoq şəklində davam edib və 10 problemli ailə dinlənilərək nəzarətə götürülüb.