Komitədə Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas ilə görüş keçirilir

13 iyul 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbayca Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 17 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçiriləcək.

Görüşdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarət, görüşdən sonra isə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə  baxış nəzərdə tutulur. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.