Qusar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

11 iyul 2017

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Qusar rayonunda saat 11:00-da Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Qusar rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.