Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “İnsan alverinə yox deyək” adlı tədbir keçirmişdir

5 iyul 2017

Paylaş:

İyulun 5-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon Mədəniyyət Mərkəzində tibb kursunun tələbələrinin iştirakı ilə “İnsan alveri qurbanı olma!” adlı maarifləndirici tədbir keçmişdir.

20 nəfərin iştirak etdiyi tədbir mövzuya aid “Satılmış həyat” filminin nümayişi ilə başlamış, iştirakçılara xaricdə təhsil almaq, yüksək maaşlı iş məqsədi ilə aldadıb insan alverinin qurbanı olmamaları üçün nəyi bilmələri, insan alveri qurbanı olmuş şəxslərin yardım alması üçün hara və kimə müraciət etmələri barədə məlumat verilmişdir.

Tədbirin sonunda iştirakçılara marrifləndirmə materialları paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.