Azərbaycan Dövlət Xalça Muzeyində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları üçün ekskursiya təşkil olunmuşdur

26 may 2015

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qeyri millət, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır. Silsilə tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 26 may 2015-cü il, saat 11:00 da Azərbaycan Dövlət Xalça Muzeyində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları üçün ekskursiya təşkil olunmuşdur. Ekuskursiya zamanı ilk növbədə uşaqlar Xalça muzeyi haqqında ümumi məlumatlar verildikdən sonra Xalça muzeyindəki xüsusi tarixi eksponantlar və xalçalarla tanış edilərək məlumatlar verilmişdir. Komitə tərəfindən ekskursiya zamanı uşaqlara qida və hədiyyələr verilmişdir. Ekskursiyanın təşkilində məqsəd 3 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları arasında asudə vaxtın səmərəli təşkili, həmçinin milli və dünya ölkələrinin xalçaları ilə tanış etməkdir. Qeyd olunan tədbir KİV nümayəndələri tərəfindən işıqlandırılmışdır.