Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrini müəyyənləşdirmək, onların cəmiyyətə inteqrasiyasını və inkişafını təmin etmək

22 may 2015

Paylaş:

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrini müəyyənləşdirmək, onların cəmiyyətə inteqrasiyasını və inkişafını təmin etmək” məqsədilə 22 may 2015-ci il tarixində Goranboy UADM-də maarifləndirmə tədbiri keçirilmişdir.

Mərkəz haqqında slaydın təqdimatı ilə açılan tədbirdə mərkəzdən bəhrələnən  xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri, icma qadınları və digər qurumlardan olan nümayəndələr iştirak edirdi.  Tədbirin əsas məqsədi belə uşaqların cəmiyyətdən kənarda qalmasına qarşı çıxmaq,  onlardan utanmaq yerinə, belə uşaqları cəmiyyətimizə qazandırmalı olduğumuzu valideynlərə və digər iştirakçılara dərk etdirməkdən ibarət idi.

Çıxış edən şəxslər xüsusi qayğıya ehtiyacı olan uşaqlı ailələrə kənardan təsir edən psixoloji amillərdən, belə uşaqların cəmiyyətdə özlərinə necə mövqe tuta biləcəklərindən və əldə etdikləri uğurlardan danışmışlar və video-çarxlar vasitəsilə mövzuya uyğun materiallar göstərilmişdir.

Tədbir iştirakçıları müzakirələrə qatılaraq çıxışlara öz münasibətlərini bildirmişlər. Sonda iştirakçılara uşaqların normal inkişafına uyğun maarifləndirici  materialllar paylanmışdır.