Göygöldə 1 iyun Uşaq Bayramı

3 iyun 2013

Paylaş:

Göy-göl rayonunda 1 iyun 2013-cü  il tarixində  Göygöl Uşaq və Ailələrə Dəstək  Mərkəzinin təşəbbüsü ilə Beynalxalq Uşaq Müdafiə Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
Tədbirin birinci hissəsində uşaqlar üçün yerli qurumlardan dəvət olunmuş şəxslərin təbrikləri səslənmişdir. Tədbir rayonun fəal uşaq və gənclərinin, Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzinin fəaliyyətlərindən bəhrələnən həssas təbəqədən olan uşaqların hazırladığı bayram proqramı ilə davam etmışdır. Bayram tədbirində 162  uşaq və onların valideyinləri iştirak etmişdir. Sonda hər bir uşağa hədiyyələr təqdim edilmişdir.