“Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda gənc ailə üzvləri ilə dəyirmi masa

5 may 2015

Paylaş:

5 may 2015 tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  Ağdam rayon Xaçındərbənd kənd xəstəxanasının tibb işçiləri ilə birgə “ Sağlam Həyat tərzi və Reproduktiv sağlamlıq” mövzusunda  gənc ailə üzvləri ilə dəyirmi masa keçirildi.

Tədbirin keçirilməsində məqsəd gənc ailə üzvlərini sağlam həyat tərzinin seçilməsi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmək, arzuolunmaz hamiləlikdən və cinsi yolla yoluxan xəstəliklərdən qorunma yolları haqqında həkim ginekoloqlar tərəfindən  məlumatlandırılmaq idi.

Mərkəzin əməkdaşları  tərəfindən ailə dəyərlərinin qorunması, ailədə boşanmaların qarşısının alınması məqsədilə gənc ailələrə “sağlam həyat tərzi- sağlam ailə” mövzusunda, tibb işçiləri tərəfindən isə  cinsi yolla yoluxan infeksiyalardan, yolxucu xəstəliklərdən və arzuolunmaz hamiləlikdən qorunma yolları  haqqında məruzələr edildi.

Ağdam UADM tərəfindən bir neçə gənc hamilə qadın həkim ginekoloqun pulsuz müayinəsinə cəlb edildilər. Hamilə qadınlara  düzgün və sağlam qidalanma, şəxsi gigiyena  haqqında tövsiyyələr verildi.

Dəyirmi masanın sonunda iştirakçılara mövzularla bağlı bukletlər və məlumatlandırma vərəqləri paylandı.