Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Uşaqlarla İnkişafetdirici məşğələlər aparır

1 may 2015

Paylaş:

May ayından etibarən Ağdam UADM xüsusi qayğıya ehtiyacı olan və imkansız köçkün ailələrindən olan uşaqlarla onları cəmiyyətə inteqrasiya etmək, onlarda həyat bacarıqlarını inkişaf etdirmək, şəxsiyyətlərarası ünsiyyət və münasibət yaratma bacarıqları aşılamaq məqsədilə inkişafetdirici məşğələlər təşkil etməyə başlamışdır.

Dəvət olunmuş uşaqlar  dostluq, valideynə sevgi və ehtiram, ahıllara qayğı, vətənə məhəbbət, böyüklərə hörmət, kiçiklərə rəğbət hissləri, cəmiyyətdə özünü aparma, davranış və etiket qaydaları, yaradıcı və təşəbbüskar olmaq, səlis danışıq mövzularında mərkəzin metodistləri və könüllüləri tərəfindən keçirilən məşğələlərdə fəal  iştirak edirlər.

İl ərzində inkişafetdirici məşğələlərin valideynlər üçün də keçirilməsi  planlaşdırılır.