Hacıqabul UADM- i “20 Noyabr Uşaq Hüquqları Konvensiyasının Yaranmasının 25 illiyi” ilə əlaqədar dəyirmi masa keçirilmişdir

20 noyabr 2014

Paylaş:

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi 20 noyabr 2014-cü il saat 11.00-da Heydər Əliyev Mərkəzində Uşaq Hüquqları Konvensiyasının Yaranmasının 25 illiyi ilə əlaqədar dəyirmi masa keçirmişdir. Tədbirdə 35 nəfər iştirak etmiş və əsasən uşaq hüquqlarının konvensiyasının yaranması haqqında məlumat, uşaq hüquqları barəsində dövlət siyasəti, uşaq alveri , uşaq əməyinin istismarı, erkən nigah, uşaq zorakılığı və sairə kimi məsələlər müzakirə olunmuşdur. Tədbirin keçirilməsində məqsədimiz – uşaqların hüquqlarının müdafiəsi və  uşaq hüquqları istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir.

Tədbiri mərkəzin direktoru Aynur Qasımzadə açaraq konvensiyanın yaranması tarixindən, cəmiyyətin, ailənin, dövlətin uşaqlara olan qayğı və diqqətindən danışaraq uşaqlara bildirdi ki, hər bir uşaq öz hüquqlarını bilməlidir. Tədbirdə daha çox uşaqlara yer verilmişdir. Belə ki, Bağırov Namik, Bədəlova Çiçək, Vəlizadə Rəhimə öz hüquqları haqqında sərbəst fikirlərini bildirərək, erkən nikahı pisləmiş, bunun onların təhsilində, sağlamlığında fəsadlar yaratdığını və bunun uşaqlara qarşı zorakılığın bir növü olduğunu bildirmişdirlər. Tədbir diskusiya şəklində, əsasən uşaqların fəal iştirakları ilə keçmişdir. Sonda tədbir iştirakçıları uşaq hüquqlarının mövzusunda slayt izlədilər.