Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri ilə birlikdə yeni il şənliyi keçirilmişdir

25 dekabr 2014

Paylaş:

25 dekabr 2014-cü il saat 15:00- da H.Əliyev parkındakı uşaq çay evində Hacıqabul UADM-nin kollektivi və mərkədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri ilə birlikdə yeni il şənliyi keçirilmişdir. Şənlikdə mərkəzdən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar şer, mahnı, rəqs və tamaşalarla çıxış etdilər. Tədbirdə 40 nəfər iştirak etdi. Tədiri giriş sözü ilə UADM-nin direktoru A. Qasımzadə açaraq uşaqları bayram münasibəti ilə təbrik etdi. Sonda şaxta baba və qarqız uşaqlara yeni il hədiyyələri payladılar. Tədbir Hacıqabul qəzetində işıqlandırıldı.