Sabirabad UADM-nin “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi “ gününə həsr olunmuş tədbir keçirilmişdir.

2 iyun 2014

Paylaş:

Sabirabad“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi “ gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 1,2,3,4,5,6 saylı baxçaların uşaqları, H.Z.Tağıyev adına tam orta məktəbin şagirdləri və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin qeydiyyatında olan uşaqlar iştirak etmişdir. 

Tədbirdə qonaq qismində iştirak edən rayonun dövlət orqanlarının məsul şəxsləri, uşaqlara öz ürək sözlərini, xoş arzularını çatdıraraq, onlara xoşbəxt gələcək arzuladılar.

Tədbirdə uşaqlara şirniyyat süfrəsi açılmış,mahnı, şeir, rəqs və səhnəciklər göstərilmişdir. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.