“Sağlam ətraf mühit-sağlam həyatdır“ adlı dəyirmi masa keçirildi

30 mart 2015

Paylaş:

30 mart 2015-ci il tarixdə Sabirabad rayon M.Ə.Sabir adına 1 saylı orta məktəbdə  “Sağlam ətraf mühit-sağlam həyatdır“ adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin yuxarı sinif şagirdləri iştirak etdi. Tədbirdə uşaqlarla ətraf mühitin çirklənməsindən, çirkli havanın və suyun insan orqanızminə zərərindən və yaşıllıqların çoxaldılmasında, tullantıların ətrafa səpələnməməsində hər birimizin maraqlı olmamızdan danışıldı. Tədbirdə həmçinin uşaqlar ətraf mühitin təmiz saxlanması üçün   öz fikir və təkliflərini söylədilər.