“İnsan hüquqları” mövzusunda tədbir keçirilib
Paylaş:
Avqustun 10-da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində icma üzvlərinin iştirakı ilə “İnsan hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə iştirakçılara insan hüquq və azadlıqları barədə məlumat verilib, Azərbaycanda insan hüquqları barədə qəbul olunmuş qanunlardan, bu sahədə həyata keçirilən tədbirlərdən və bu tədbirlərin nəticələrindən danışılıb, mövzu ətrafında müzakirələr aparılıb.