“Narkomaniyaya YOX deyək”

10 iyun 2016

Paylaş:

Uşaqlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi bir sıra silsilə tədbirlər təşkil etmişdir. Fevral ayı ərzində rayonun Muğanlı, Çobangöl, Əliabad kənd orta məktəblərində “Narkomaniyaya YOX deyək” devizi altında icma dinləmələri keçirilmişdir. Tədbirlərdə Mərkəz işçiləri ilə yanaşı RMX- nın həkim narkoloqu, dini cərəyanların gənclər arasında yayılmasının qarşısının alınmasına dair təşkilati inspensiya qrupunun, polis şöbəsinin, kənd icra  nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə yeniyetmələrə narkotik və digər zərərli vərdişlərin onların həyatında yaratdığı fəsadlar mövzusunda ətraflı məlumat verilmişdir. Gənclərə asudə vaxtlarının səmərəli  keçirilməsi məqsədilə mədəniyyət, incəsənət və idmanla məşğul olmaları məsləhət görülmüşdür.