Erkən nikahların qarşısını almaq məqsədilə tədbir baş tutub

17 iyul 2015

Paylaş:

İyulun 16-da Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində erkən nikahların qarşısını almaq məqsədilə “Erkən nikahların qarşısını almaq valideynlərin əlindədir” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin xidmətlərindən bəhrələnən uşaqlar  və  rayon məktəbliləri  iştirak ediblər.

Mərkəz əməkdaşları tərəfindən tədbir iştirakçılarına erken nikah zamanı təhsilin yarım qalması, qadının bu səbəblə gələcəkdə iqtisadi çətinliklə üzləşməsi, yaranan psixoloji problemlər və bu şəraitdə dünyaya gətirilən övladların tərbiyəsinə düzgün istiqamət verilməməsi kimi erkən nikahların yaratdığı fəsadlar haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda mövzuya uyğun video çarx  nümayiş etdirilib.