”ASAN məktub” layihəsi Ağdam, Goranboy və Tərtər rayonlarında davam etdirilir

15 iyul 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir.

Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin köməkliyi ilə Ağdam, Goranboy və Tərtər rayonlarında yaşayan, aztəminatlı ailələrdən olan 20 uşağın məktubda yazdığı hədiyyələr öhdəçiliyə götürmüş xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyatı üzrə öz sahiblərinə təqdim edilmişdir.