“İnsan alveri qurbanı olma riskini yaradan amillər” mövzusunda maarifləndirmə tədbiri

18 aprel 2017

Paylaş:

Aprelin 18-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində “İnsan alveri qurbanı olma riskini yaradan amillər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə iştirakçılara insan alveri, onu yaradan amillər və belə hallarla rastlaşdıqda müraciət etməli olduqları orqanlar barədə məlumat verilib. Qızlara hər hansı bir iş və ya təhsil almaq təklifi aldıqda məsələni ətraflı araşdırdıqdan sonra qərar vermək tövsiyyə edilib.

Tədbirdə həmçinin iştirakçılarla insan alveri barədə sorğu keçirilib və maarifləndirmə materialları paylanılıb.