“Hər şəhidə bir ağac”

2 aprel 2016

Paylaş:

Qəbələ Uşaq və  Ailələrə  Dəstək  mərkəzinin  təşkilatçılığı  ilə  rayon ərazisində yaşayış binalarının qarşısında “hər  şəhidə  bir  ağac”  devizi  altında  ağacəkmə  kampaniyası  keçirilmişdir.

Qəbələ  Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru kampaniya  iştirakçılarına  2 aprel 2016-cı il tarixində  erməni  qəsbkarları  ilə  müharibədə  şəhid  olan  əskərlər  barədə  məlumat  verərək,  əskərlərimizin şücaətindən  danışdı. O,   keçirilən  tədbirin  müharibədə  həlak  olmuş   şəhidlərin    xatirəsinə həsr  olunduğunu  qeyd  etdi. Bundan  sonra  şəhər 1 saylı  məktəbin  könüllülərindən  ibarət   şagirdlərin   ağacəkmə  kampaniyasına  start  verildi və ümumilikdə 70-ə  yaxın  müxtəlif  ağac  tingləri  basdırılmışdır.