“Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbir keçirilib

7 iyun 2017

Paylaş:

İyunun 7-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon M. Ağayev adına 2 saylı orta məktəbdə 28 nəfər şagirdin iştirakı ilə əsrin bəlasına çevrilən “Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbir keçirib.

Tədbirdə məktəblilərə narkotik maddələrin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri, gələcəkdə ailə həyatında və reproduktiv sağlamlıqda yaratdığı fəsadlar barədə məlumat verilib.

Məktəblilərə həmçinin, mövzuya aid film göstərilib və onları maraqlandıran suallar cavablandırılıb.