Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif silsilə tədbirlər təşkil edib

30 may 2017

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif silsilə tədbirlər təşkil edib.

Tədbirlərin keçirilməsində məqsəd  insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi və bu istiqamətdə tədbirlərin davamlığının təmin edilməsidir.

11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon və kənd məktəblərində, uşaq baxçalarında təşkil edilmiş təbdirlərdə “İnsan hüquqları”, “Erkən yaşda evlilik cinayətdir”, “Azərbaycanda tolerantlıq və Multikulturalizm” və s. mövzularda müzakirələr aparılıb, müxtəlif yaş qrupundan olan tədbir iştirakçılarına qanunvericilik haqqında ətraflı məlumatlar verilib.