“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Xətai rayonu 17 N-li məktəbdə keçirildi

27 aprel 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri  və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində  mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq,  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilib.

Layihə çərçivəsində növbəti tədbir 27 aprel 2017-ci il tarixində Xətai rayonu, 17 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan 17 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Komitəyə öz təşəkkürünü bildirib.

Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitə tərəfindən gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, layihənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı mövzu ilə bağlı təqdimat nümayiş etdirərək,  insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.

İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb və məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.