Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş intellektual yarışın regional seçim turları davam etdirilir

14 aprel 2015

Paylaş:

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş respublika üzrə intellektual yarışın növbəti regional seçim turu 14 aprel 2015-ci il tarixində Şəki şəhəri, 14№-li tam orta məktəbdə keçirilmişdir. 

Tədbiri giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyətinin məsul işçisi Mayis Səlimov açaraq tədbir iştirakçılarını salamladı və Komitə tərəfindən Zərifə xanım Əliyevaya həsr edilmiş belə bir tədbirin xüsusi əhəmiyyətini qeyd etdi. Daha sonra Komitənin əməkdaşı Fərid Ədilov və Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova  çıxış edərək komandalara uğurlar arzuladı.Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə davam etdirildi, rəsmi hissədən sonra yarışa start verildir.Şəki şəhərində keçirilmiş regional seçim turunda Şəki və Mingəçevir şəhərləri, Zaqatala, Qax, Qəbələ, Oğuz, Ağdaş, İsmayıllı rayonlarını təmsil edən komandalar iştirak etmiş və Qax rayonunu təmsil edən komanda fərqlənərək 28 aprel 2015-ci il tarixində Bakı şəhərində (Bakı şəhəri rayonları da daxil olmaqla) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə təşkil ediləcək final yarışında iştirak hüququ əldə etmişdir.