Uşaq əməyi ilə bağlı növbəti regional tədbir keçirilmişdir

1 avqust 2014

Paylaş:

Komitə tərəfindən uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün növbəti təlim 1 avqust, 2014-cü ildəNizami rayon İcra Hakimiyyətində keçirilmişdir.

Təlimdə Sumqayıt şəhəri, Nizami, Abşeron, Pirallahı, Xəzər, Qaradağ Qubadlı, Zəngilan, Şuşa rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar iştirak etmişlər.

Təlim zamanı Komitə əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar etmiş, problemlə bağlı müzakirələr aparılmış, təklif və tövsiyələr dinlənilmişdir.

Nizami rayon İcra Hakimiyyəti başçısısının müavini Gülnaz İsrafilova və Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva təlim zamanı çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etmiş, müvafiq tövsiyə və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.