Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyi ilə birgə “BACARART” layihəsi həyata keçirilmişdir

10 iyun 2014

Paylaş:

Uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların iştirak hüququnun təmin edilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyi ilə birgə aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olunmuş uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə yönəlmiş “BACARART” layihəsi həyata keçirilmişdir. Layihəyə ölkənin 10 bölgəsindən (Bakıının Xəzər rayonu, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Goranboy və Ağdam) olan 50 istedadlı uşaq və yeniyetmə cəlb olunmuşdur. 2014-cü ilin  iyun ayında keçirilən “BACARART” layihəsinin birinci  mərhələsində  Saatlı və Göygöl rayonlarında Vüsal Rəhim, Sitarə İbrahimova, Ramal Kazımov və Rəza Xəzari kimi peşəkarların iştirakı ilə ustad dərsləri keçirilmişdir. Ustad dərslər ərəfəsində uşaqların çəkdiyi rəsm və fotolar rəssamlar tərəfindən toplanılmış və ən yaxşı işlərin seçimi aparılmışdır. Layihənin ikinci mərhələsində işləri seçilmiş uşaqlar üçün avqust ayında  Şəkinin Kiş kəndində yay məktəbi təşkil olunmuşdur. Yay məktəbində 30 uşaq iştirak etmişdir. Yay məktəbi günlərində də uşaqların maraqlı əl işləri olmuşdur. Layihənin dekabr ayında keçirilən sonuncu mərhələsində iştirakçılardan  22 nəfərin rəsm və fotoları seçilmişdir. Həmin uşaqların rəsm və foto işləri, eləcə də bioqrafik məlumatlarını əks etdirən kataloq çap olunmuşdur. Satış-sərgidə əldə olunan vəsaitin “BACARART” layihəsi iştirakçıları arasında  bölüşdürülməsi nəzərdə tutulmuşdur.