Dövlət Komitəsinin jurnalistlər üçün elan etdiyi müsabiqə davam edir

26 may 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda elan etdiyi müsabiqəyə qəbul davam edir.

Müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media məkanında faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə verməkdir.

1 iyul 2023-cü il tarixinədək davam edəcək müsabiqənin nəticələri 22 iyul - Milli Mətbuat Günündə elan olunacaq.

Təqdim edilən materiallardan 10 ən uğurlu iş müsabiqə komitəsi tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və hədiyyələrlə (noutbuk) mükafatlandırılacaq.