“Uşaq hüquqları” haqqında Qanunun qəbul edilməsindən 25 il ötür

19 may 2023

Paylaş:

Uşaq hüquqları ilə bağlı yaranan məsələləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci il tarixində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir.

Bu Qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir.