Dövlət Komitəsi vakansiya elan edir

11 may 2023

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Goranboy rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə (Goranboy rayonu, G.Civəzadə küçəsi 9) psixoloq vakansiyasiyası üzrə işə qəbul müsabiqəsi elan edir.

 Qeyd edilən vəzifə üzrə işə qəbul olunmaq istəyən şəxslər 12 may–12 iyun 2023-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) office@scfwca.gov.az və ya region@scfwca.gov.az elektron poçt ünvanlarına göndərə bilərlər.

Tələb: psixologiya üzrə ali təhsil.

Əlaqə:

Ailə məsələləri şöbəsinin Mərkəzlərlə iş sektoru

 şəh. (+99412) 498-94-02

mob. (+99451) 230-54-87