“İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçiriləcək

28 mart 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 mart 2023-cü il tarixində, saat 09:30-da Excelsior hotelin “Alinja” zalında media nümayəndələri üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçiriləcək.

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının 4.8.1-ci bəndinin icrası ilə bağlı İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təşkil olunan təlimdə ekspertlər tərəfindən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyəti və bu isiqamətdə hökumətin koordinasiya işi, insan alveri ilə  mübarizədə medianın rolu, məcburi əmək insan alverinin müasir forması kimi, insan alverinə qarşı ictimai psixologiya və digər mövzularda çıxışlar ediləcək.