İkinci “Uşaq Kitab Festivalı” keçiriləcək

30 mart 2023

Paylaş:

Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ikinci “Uşaq Kitab Festivalı” keçiriləcək.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş festival 8-11 aprel tarixləri ərzində Bakı İdman Sarayında baş tutacaq.

             Master-klassların, məşhurların nağıl saatlarının, kukla teatrının, əyləncəli tamaşaların təşkil ediləcəyi tədbirdə, iştirakçılar sevilən uşaq yazıçıları ilə də görüşə biləcəklər.

            Festival ruhu ilə mütaliənin birləşdiyi bu tədbiri qaçırmayın!

 

Məkan: Bakı İdman Sarayı (keçmiş Əl oyunları sarayı, "Dəniz Mall"un yanı)

 

Tarix: 8, 9, 10, 11 aprel

 

Saat: 10:00 - 19:00