Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsi elan edilir

30 mart 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda gənc yazarlar arasında “Ən yaxşı yazı” müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsini təşviq etmək, gənc yazarların yaradıcılıq potensialının inkişafına şərait yaratmaqdır.

Müsabiqənin şərtləri:

• Təqdim edilən material daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır;

• 3 səhifədən az, 5 səhifədən çox olmamalıdır;

• Mətn üçün tələblər: şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirarası interval 1, faylın formatı “doc.” A4;

• Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir;

Materiallar aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: musabiqe2023@gmail.com

 Mükafatlar:

Təqdim olunan məqalələr münsif heyəti tərəfindən qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin sahibləri qalib elan ediləcək, diplom və hədiyyə ilə mükafatlandırılacaqlar.

 Müsabiqənin müddəti:

Materialların qəbulu 25 aprel 2023-cü il tarixinədəkdir. May ayında nəticələr elan ediləcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel: 012 598 51 74, 051 230 54 85